Gürcüstana "Pfizer" peyvəndi bu tarixdə gətiriləcək
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstana "Pfizer" peyvəndi bu tarixdə gətiriləcək

"Pfizer peyvəndinin ilk dozaları Gürcüstana fevral ayının sonuna qədər çatacaq".

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria rəsmi "Facebook" səhifəsində yazıb.

Baş nazir Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qabreyesusa misilsiz dəstəyə görə təşəkkür edib.

"Ölkəmizə və şəxsən mənim dostum, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qabreyesusa Gürcüstana göstərdiyi misilsiz dəstəyə görə təşəkkür edirəm. Milli plana görə, tibb işçilərimizin peyvəndlənməsinə peyvənd gələn kimi başlanacaq", - Qiorqi Qaxaria bildirib.

Baş nazir fevralın ortalarına qədər ölkəyə 29.250 doza Pfizer peyvəndinin gətiriləcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm