Gürcüstanda bu kəndi 2 aylıq karantinə alındı
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda bu kəndi 2 aylıq karantinə alındı

Kobuleti rayonunun Çixancuri kəndi karantinə alınıb.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, kəndin bağlanmasına səbəb bir neçə iribuynuzlu mal-qarada quduzluq xəstəliyinin aşkar olunmasıdır.

Kənd sakinlərinin sözlərinə görə, quduzluq inəklərə çaqqalın dişləməsi nəticəsində keçib. Daha sonra həmin inəklər tələf olub.

Kənd sakinləri yaranmış vəziyyətlə əlaqədar Kobuleti Meriyasından yardım istəyirlər.

Meriyadan bildirilib ki, karantin dövrü sona çatdıqdan sonra, dəymiş zərər araşdırılaraq əhaliyə yardım ediləcək.

Baş vermiş quduzluq halı ilə əlaqədar sözügedən kənd 2 ay müddətində karantində qalacaq. Bu müddət ərzində əhali mal-qaranı tövlədə saxlamalı, həmçinin ət və süd məhsullarının satışından çəkinməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm