Ermənistan Səhiyyə Nazirliyində yoxlama aparılacaq
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan Səhiyyə Nazirliyində yoxlama aparılacaq

Ermənistanın Səhiyyə Nazirliyində yoxlama və maliyyə təftişi aparılacaq.

Publika.az xəbər verir ki, bu barədə "Joxovurd" nəşri yazıb. Nəşrin yazdıqlarına görə, hökumətin koronavirusla mübarizəyə ayırdığı pulların aidiyyəti üzrə xərclənməməsi ilə bağlı əsaslı şübhələr yaranıb. Ona görə də parlamentin qərarına əsasən, nazirliyin maliyyə komissiyasında yoxlamalara başlanacaq.

Qeyd olunur ki, büdcə müzakirələri zamanı dövlətin koronavirusla mübarizə üçün ayırdığı 13 milyon 244 milyon dramın (təxminən 5,5 milyon dollar) bir hissəsinin vəzifəli şəxslər tərəfindən mənimsənilməsi ehtimalını yerində araşdırmaq üçün parlament tərəfindən istintaq komissiyasının yaradılması nəzərdə tutulur.

Parlamentin bugünkü iclasında Səhiyyə Nazirliyinə daha az vəsait ayrılması ilə bağlı müzakirələr də aparılacaq.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm