Köçəryan Paşinyandan belə istifadə edəcək - "Güclü əl"
Bizi izləyin

Cənubi Qafqaz

Köçəryan Paşinyandan belə istifadə edəcək - "Güclü əl"

Köçəryanın yeganə gediş kartı hazırkı baş nazir Nikol Paşinyanın siyasətidir.

Publika.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants ölkənin ikinci prezidenti Robert Köçəryanın böyük siyasətə qayıtması və ölkədəki seçki proseslərində iştirak etməyə hazır olması ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

Onun fikrincə, Köçəryan siyasətdən əsla ayrılmayıb, son müsahibələrində erkən seçkilərə qatılmaq planlarını elan etməsi isə başqa bir məsələdir və bu, vacib bir məqamdır: “Beləliklə, onun mövqeyi müxalif Vətəni Xilasetmə Hərəkatına mənsub olan partiyaların erkən seçkilərin keçirilməsi fikri ilə bağlı çox bədbin olan düşüncələrindən bir qədər fərqlidir. Serj Sarkisyanın prezidentliyi dövründə də Köçəryan ildə ən azı bir neçə dəfə bəyanatlar və müsahibələr vermiş, əsasən hakimiyyət orqanlarının iqtisadi siyasətini tənqid etmiş, yəni Köçəryanın siyasi karyera səhifəsi bağlanmamışdı. Paşinyan hökumətinin fiaskosu fonunda tamamilə təbii olan "güclü əllər" texnologiyasını tətbiq etməyə çalışır. Bu başqa bir məsələdir ki, cəmiyyətdə və Köçəryanda "güclü əl" fikirləri bir qədər fərqlidir”.

Surenyantsın fikrincə, “güclü əl” legitimliyi olan demokratik liderlə əlaqələndirilməlidir. Politoloq hesab edir ki, Köçəryan "güclü əldən" danışarkən hakimiyyət dövrünü nəzərdə tutursa, o zaman sadəcə avtoritar sistemin varlığından söhbət gedir.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan üç erməni nəşrinə verdiyi müsahibəsində erkən seçki olarsa, komandası ilə birlikdə iştirak edəcəyini bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm