Ermənistanın itkilərinin sayı artdı
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın itkilərinin sayı artdı

Ermənilərin Füzuli rayonunda apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 2 hərbçisinin meyiti aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Məlumata görə, meyitlərin şəxsiyyəti hələ məlum deyil. Bu səbəbdən də meyitlər məhkəmə-tibbi ekspertizadan keçiriləcək.

Qeyd edilir ki, bununla da Qarabağda meyitləri tapılan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 367-yə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm