Ermənistanın Qarabağla bağlı "dövlət sirri": əsgərlər...
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın Qarabağla bağlı "dövlət sirri": əsgərlər...

Ermənistan Müdafiə Nazirliyi çağırışçıların Qarabağa xidmətə göndərilməyəcəyi barədə məlumatı şərh etmir.

Publika.az "Aysor"a istinadən xəbər verir ki, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qevorq Altunyan bu barədə bildirib.

Onun sözlərinə görə, silahlı qüvvələrlə əlaqəli yer, miqdar, infrastruktur və sair bütün məlumatlar rəsmi dövlət sirri sayılır.

Ermənistanda məcburi hərbi xidmətə çağırılanların artıq Qarabağ ərazisində xidmət etməyəcəyi çağırışdakı ənənəvi püşkatma zamanı bəlli olub.

Bildirilib ki, Qarabağdakı hərbi hissələr seçimlər siyahısına salınmayıb və Ermənistan vətəndaşları yalnız respublika daxilində yerləşən hərbi hissələrdə xidmət edəcəklər.

Qeyd edək ki, daha əvvəl erməni mətbuatında və sosial şəbəkələrdə Dağlıq Qarabağ qondarma müdafiə ordusunun ləğvi barədə məlumatlar yayılmışdı.

Ermənistanda dəfələrlə əsgər və çağırışçıların valideynləri etiraz aksiyası keçirərək övladlarının Qarabağa hərbi xidmətə göndərilməməsini tələb etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm