• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Ermənistanda müxalifətin əli güclənir - Ölkə tarixində ilk dəfə...

Ermənistanda müxalifətin əli güclənir - Ölkə tarixində ilk dəfə...

Ermənistan parlamentinin müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyasının təklif etdiyi cinayət məcəlləsinə edilən dəyişikliklər ilk oxunuşda qəbul olunub.

Publika.az xəbər verir ki, qanun düşmən tərəfinə keçmək, dövlət sirlərini xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə vermək, düşmənçilik fəaliyyətinin həyata keçirilməsində kömək göstərmək, xarici kəşfiyyat adından məlumatların toplanması, oğurlanması və ya saxlanması, ötürülməsi, yəni dövlətə xəyanətə görə ən yüksək cəza - əmlakın müsadirəsi və ömürlük həbs cəzasını ehtiva edir.

Parlamentin 109 üzvü qanunun lehinə səs verib. 2 nəfər bitərəf qalıb. Qarabağ müharibəsinin iştirakçısı Akop Aslanyan isə əleyhinə səs verib.

“Qraparak” qəzetinin xəbərinə görə, bu, Milli Məclis tarixində müxalifətin irəli sürdüyü qanun layihəsinin qəbul edilməsinə dair yeganə belə haldır.

Görünür, Ermənistan iqtidarı düşdüyü böhranlı durumla əlaqədar müxalifətə güzəştə getməyə məcbur olub.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR