Erməni komandir İTTİHAM OLUNUR: Hərbçilərimiz 72 düşmən əsgərini belə MƏHV EDİB
Bizi izləyin

Cənubi Qafqaz

Erməni komandir İTTİHAM OLUNUR: Hərbçilərimiz 72 düşmən əsgərini belə MƏHV EDİB

Ermənistan ordusunun keçmiş komandiri vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və cinayət törətməkdə ittiham olunur.

Publika.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, atıcı diviziyalardan birinin keçmiş komandiri oktyabrın 11-də Hadrut yaxınlığında əraziyə göndərilən 72 əsgərdən ibarət qrupu qarşılamayıb.

Nəticədə Azərbaycan Silahlı Qüvvələrini hərbçiləri nəzarətsiz qalan düşmən əsgərlərinin yarısını məhv edib. Təşvişə düşən erməni hərbçilərini yarısı ərazidən qaçıb və bu günə qədər onlardan xəbər yoxdur.

Adı çəkilməyən hərbçiyə qarşı qəti imkan tədbiri kimi olduğu yerdən ayrılmamaq barədə qərar qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm