Paşinyan Türkiyə ilə sərhədə getdi
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Türkiyə ilə sərhədə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan Gümrüdə səfərdədir.

Publika.az xəbər verir ki, 11:30-da onun Qarabağda əsir və itkin düşmüş şəxslərin yaxınları ilə görüşü planlaşdırılır.

Söhbət bağlı qapılar arxasında keçiriləcək.

Qeyd edək ki, itkin düşmüş və əsir götürülmüş hərbçilərin yaxınları uzun müddətdir etiraz aksiyaları keçirirdilər. Onlar səlahiyyətli şəxslərdən qohumları haqqında dəqiq məlumat vermələrini, eyni zamanda, onları tapmaq və vətənlərinə dönmək üçün konkret addımlar atmalarını tələb edirlər.

Xatırladaq ki, Qarabağ münaqişəsi zonasında əsir götürülmüş 100-dən çox şəxsə qarşı Azərbaycanda cinayət işi açılıb. Onlar terror və muzdlu xidmətdə ittiham olunur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm