David Zalkaliani: "Məni Bakıya dəvət etmişdilər, lakin..."
Bizi izləyin

Cənubi Qafqaz

David Zalkaliani: "Məni Bakıya dəvət etmişdilər, lakin..."

“Fevralın 18-19-da mən tərəfdaş ölkəmiz Azərbaycana səfər etməli idim. Məni Bakıya dəvət etmişdilər. Lakin ölkədə baş verən proseslər və hökumətin istefasına görə Bakıya gedə bilmədim”.

Publika.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd David Zalkaliani parlamentdə keçirilən dinləmələrdə deyib.

D.Zalkaliani Azərbaycan və Türkiyə xarici işlər nazirləri ilə təmasda olduğunu qeyd edib: “Hər iki həmkarımla əlaqə saxlamışam və onlar mənə anlayışla yanaşdılar. Nazirlər yaxın gələcəkdə görüşməyə və bizim üçün aktual məsələləri müzakirə etməyə hazırdırlar”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm