Gürcüstanın yeni hökumətinin xarici siyasət kursu MÜƏYYƏNLƏŞDİ
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanın yeni hökumətinin xarici siyasət kursu MÜƏYYƏNLƏŞDİ

Gürcüstanın yeni hökumətinin ölkənin xarici siyasət kursu ilə bağlı prioritetləri parlamentdə təsdiq olunub. Sənəddə deyilir ki, hökumət bölgədə tarazlı siyasət aparmaq və qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsi üçün fəal səylər göstərəcək.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın yeni hökumətinin 2021-2024-cü illər üçün proqramında qeyd olunub.

Bildirilir ki, Gürcüstan regional əməkdaşlığın fəallaşdırılmasına xüsusi diqqət ayıracaq, bu kontekstdə tərəfdaş ölkələrlə strateji və siyasi, həmçinin sektorlararası əməkdaşlığı dərinləşdiriləcək.

Proqramda Gürcüstanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesinin milli maraqlar, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə uyğun olaraq davam etdiriləcəyi də vurğulanıb.

Növbəti illərdə Gürcüstan üçün sürətlə dəyişən geosiyasi çağırışlar fonunda regional beynəlxalq təşkilatlarda fəal iştirak xüsusi əhəmiyyət kəsb edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm