Gürcüstanda müxalif partiyanın sədri həbs olundu
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda müxalif partiyanın sədri həbs olundu

Gürcüstan Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya xüsusi əməliyyat nəticəsində saxlanıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Sputnik Gürcüstan” yayıb. Məlumata görə, polis Vahid Milli Hərəkat Partiyasının ofisinə nəzarəti tam ələ keçirib. Daxili İşlər Nazirliyi isə məlumata yayaraq, partiya üzvlərini müqavimət göstərməməyə çağırıb.

Meliya həbs edilməzdən öncə partiyanın ofisində olduğu bildirilib. Onun jurnalistlərlə bir otaqda olduğu qeyd edilib. Polisin onun saxlanılması zamanı gözyaşardıcı qazdan istifadə etdiyi vurğulanıb. Onun artıq partiya binasında aparıldığı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm