Ermənistan AYAĞA QALXDI: saat 18:00-da İrəvan dağılacaq - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan AYAĞA QALXDI: saat 18:00-da İrəvan dağılacaq - VİDEO (YENİLƏNDİ)

Ermənistan müxalifəti hökumət binası qarşısındakı etiraz aksiyasını bu gün saat 18:00-da davam etdirəcək.

Publika.az xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının nümayəndəsi Qeqam Manukyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız etirazçıları deyil, yoldan keçənləri də saxlayaraq polis bölməsinə aparıb. Saxlanılanlar arasında Manukyanın oğlu da var.

Vətənin Xilası Hərəkatının koordinatoru İşxan Saqatelyana gəlincə, Manukyan onun vəziyyətinin yaxşı olduğunu, şayiələrin əksinə, həkimə müraciət etmədiyini deyib.

Qeyd edək ki, erməni polisi İşxan Saqatelyanı bölməyə aparmağa çalışsa da, müxalifət tərəfdarları onu təhlükəsizlik qüvvələrinin əlindən ala bilib. Saqatelyan və tərəfdarları sürətlə aksiya yerini tərk edib, polis onların ardınca qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu yenidən ələ keçirib, bundan sonra Saqatelyanın dodağında qan olduğunu görüblər.

Bundan əvvəl isə Ermənistan baş naziri Nikol Paşinyan ekologiya naziri Romanos Petrosyanla 2 saatdan çox davam edən görüşdən sonra polis kordonunun müşayiəti ilə 3 nömrəli hökumət binasını tərk etmişdi.

***

13:21

“Bundan sonra baş nazir öz iqamətgahını və ya başqa bir binanı yalnız bir sıra təhlükəsizlik işçilərinin müşayiəti ilə tərk etməli olacaq”.

Publika.az xəbər verir ki, bunu Ermənistanın Vətənin Xilası Hərəkatının koordinatoru İşxan Saqatelyan deyib.

İşxan Saghatelyan müxalifətin mitinqində danışarkən (20 fevral 2021).  İrəvan

Onun sözlərinə görə, Müxalifət Ermənistanın baş naziri Nikol Paşinyanla yalnız "istefasının yol xəritəsi"ni müzakirə etməyə hazırdır: “Əks təqdirdə, müxalifət onu tək qoymayacaq. Heç bir şey bizə mane ola bilməz. Dedik ki, işləməsinə icazə verməyəcəyik, onu tək qoymayacağıq. Baxın, bunlar bu adamın (polis kordonuna işarə edərək – red.) gündəlik həyatıdır”.

O, Paşinyanın müxalifətdən qorxduğunu, əks halda, bu qədər təhlükəsizlik işçisinin bir hökumət binasından digərinə keçməsi üçün yolu bağlamayacağını qeyd edib.

Saqatelyanın sözlərinə görə, Paşinyanın cinayətləri 4 hissəyə bölünə bilər: müharibədən əvvəl, müharibə zamanı, müharibədən sonra və indi. Saqatelyan müxalifətin "bu şərdən" xilas olmaq üçün hər şeyi edəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, 3 saylı hökumət binasının yaxınlığındakı ərazidə keçirilən aksiyadan polis bölmələrinə aparılmış vətəndaşların sayı 50-ni keçib.

***

12:39

Ermənistanın hökumət binası yaxınlığında mitinq keçirilir.

Publika.az xəbər verir ki, etirazçılar baş nazirin ünvanına "Nikol vətən xainidir!", "Nikol türkdür!" şüarları səsləndirir.

Polis 25 nümayişçini saxlayaraq polis bölmələrinə aparıb.

Müxalifətin mitinqinə baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyan sərbəst şəkildə 3 saylı binaya daxil olub.

Səhər saatlarında çox sayda polis Respublika Meydanını və hökumət binalarını dövrəyə alıb. Nazirlər Kabinetinin 1 və 3 nömrəli binalarının yanında polis kordonları nümayiş olunur.

Daşnaksütyun Partiyasının üzvü Qeqam Manukyan Paşinyanın 200 metr piyada getmək üçün ətrafına 200 polis yığdığını bildirib.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başladı. Bir sıra müxalifət qüvvələri hökumət başçısı vəzifəsinə Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyanı irəli sürdülər. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir. Öz növbəsində, səlahiyyətlilər ilin sonunda Nazirlər Kabinetinin istefasını gözləmədən bu il erkən parlament seçkilərinin təşkili təklifi ilə çıxış etdilər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm