Qaribaşvili ölkə müxalifətinə müraciət etdi
Bizi izləyin

Cənubi Qafqaz

Qaribaşvili ölkə müxalifətinə müraciət etdi

“Gürcüstana dəyər verən bütün siyasi qüvvələri əsl dialoqa başlamağa çağırıram”.

Publika.az xəbər verir ki, bu çağırışla Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edib.

O qeyd edib ki, ölkənin qarşısında duran çağırışlar fonunda qarşıdurmanın deyil, dialoqun zamanıdır:

“Bütün sağlamfikirli müxalif qüvvələri parlamentə daxil olmağa və qanunverici orqanı müzakirələr üçün əsas meydança kimi istifadə etməyi təklif edirəm. Ötən gün dediyim kimi, biz, istənilən vaxt və formatda əsl dialoqa hazırıq. Vətənimiz vaxt itirməməlidir. Bu gün bölünmə deyil, birləşmək vaxtıdır”, - deyə Qaribaşvili bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm