Paşinyanın partlamayan “İsgəndər”lə bağlı açıqlamasına Ermənistan MN-dən CAVAB
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın partlamayan “İsgəndər”lə bağlı açıqlamasına Ermənistan MN-dən CAVAB

Ermənistanın baş naziri Nikol Paşinyanın “İsgəndər” taktiki-əməliyyat sistemlərinin müharibədə işləməməsi ilə bağlı açıqlamasının şərh olunması üçün Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.

Publika.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi baş nazirin partlamamış “İsgəndər” taktiki raketləri ilə bağlı açıqlamalarını şərh etməyib.

Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gevorq Altunyan bunu deyib.

Qeyd edək ki, “İsgəndər”lərdən müharibədə istifadəni baş qərargah rəisi Movses Akopyan elan etmişdi. Daha sonra Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan son müsahibəsində Şuşa istiqamətində atış olunduğunu açıqlamışdı.

Paşinyan isə dünən “1in.am”a verdiyi müsahibəsində keçmiş prezident Serj Sarkisyanın “İsgəndər” ilə bağlı ittihamlarına toxunaraq “İsgəndər” raketi niyə partlamadı? Ya da niyə cəmi 10 faizi partladı?” demişdi.

Lakin Ermənistanın hakimiyyət orqanları və Ermənistan silahlı qüvvələri bu komplekslərin istifadəsi barədə məlumatları rəsmi olaraq heç vaxt təsdiqləməyiblər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm