Erməni əsgərlər Qarabağdan qaçdı - Müdafiə Nazirliyinin qarşısında...
Bizi izləyin

Cənubi Qafqaz

Erməni əsgərlər Qarabağdan qaçdı - Müdafiə Nazirliyinin qarşısında...

Qarabağdakı hərbi hissələrdə xidmət edən erməni çağırışçıların valideynləri Ermənistan Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.

Publika.az xəbər verir ki, valideynlər övladlarının Qarabağa xidmətə qaytarılmasını istəmir.

Qadınlardan biri kameralar qarşısında qışqıraraq 44 günlük müharibənin dəhşətlərini görən əsgərlərə və valideynlərinə “hörmət” tələb edib.

“Oğlumun Qarabağda xidmət etməsini istəmirəm, onu ancaq Ermənistan daxilində bir yerə göndərsinlər. Uşaqlarımızı zorla maşınlara mindirdilər. Bu, bizim üçün qəbuledilməzdir”, - əsgərlərdən birinin atası deyib.

Qeyd edək ki, daha əvvəl Qarabağdakı hərbi hissələrdə qulluq edən bir qrup erməni hərbi xidmətdən yayınmağa çalışmışdı. Bəziləri isə ailələri tərəfindən məzuniyyətdən geri göndərilməmişdi. Nəticədə bölmənin ərazisində iğtişaşlar yaşanmış, bəzi əsgərlər vəziyyətdən istifadə edərək icazəsiz bölükdən ayrılmışdı.

Xatırladaq ki, erməni mətbuatında və sosial şəbəkələrin erməni seqmentində “Dağlıq Qarabağ müdafiə ordusu”nun ləğvi barədə məlumatlar yayılmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm