Paşinyan Qasparyanı istefaya göndərdi
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Qasparyanı istefaya göndərdi

Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.

Publika.az xəbər verir ki, bu barədə özü feysbukdakı canlı yayımında açıqlayıb.

Paşinyan tərəfdarlarını "inqilabı müdafiə etmək" üçün Respublika Meydanında toplanmağa çağırıb və ordunun tələbini "çevriliş cəhdi" adlandırıb: "Vəziyyət çox çətindir. Baş Qərargah rəisinin və onun birinci müavininin vəzifəsindən kənarlaşdırılması barədə qərar verdiyimi bilirsiniz. Bu qərarların səbəbini meydanda açıqlayacağam".

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəhbərliyi Paşinyanı istefaya çağırıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm