• USD 1,7000 0,00% EUR 2,0332 +0,58%
    • GBP 2,3412 +0,28% RUB 0,0224 +1,79%

Qasparyan vəzifəsindən getməyəcək - GİZLİ MƏNBƏ

Qasparyan vəzifəsindən getməyəcək - GİZLİ MƏNBƏ

Ermənistan Baş Qərargahının rəisi Onik Qasparyan istefaya getməyəcək.

Publika.az xəbər verir ki, silahlı qüvvələrdəki bir mənbə “Sputnik Ermənistan”a Qasparyanın istefa məktubu yazmaq fikrində olmadığını bildirib.

Qeyd olunub ki, dünəndən bəri müxtəlif vəzifəli şəxslər onu istefaya razı salmaq üçün görüşünə gedib. Bunlar arasında qondarma separatçı rejimin rəhbəri Araik Arutyunyan, milli təhlükəsizlik xidmətinin direktoru Armen Abazyan, eləcə də baş nazir Nikol Paşinyanın müşavirlərindən biri olub.

Mənbə vurğulayıb ki, Qasparyan yalnız şöbə müdirlərinin və qoşunların komandirlərinin rəyi əsasında qərar verir. O, mövqeyinə hələ də sadiqdir - hökumət getməlidir.

Silahlı Qüvvələrdəki digər mənbənin məlumatına görə, hakimiyyət etirazçılara qarşı güc tətbiq edərsə, o zaman ordu kənar müşahidəçi mövqeyini tutmayacaq.

Qeyd edək ki, N.Paşinyan O.Qasparyanı vəzifəsindən azad etdiyini açıqlasa da, prezident Armen Sarkisyan müvafiq fərmanı imzalamayıb.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR