Müxalifətçilər Ermənistan prezidentinin iqamətgahına yürüş edir - VİDEO
Bizi izləyin

Cənubi Qafqaz

Müxalifətçilər Ermənistan prezidentinin iqamətgahına yürüş edir - VİDEO

Ermənistanın paytaxtı İrəvandakı müxalifət mitinqinin iştirakçıları prezident iqamətgahına doğru hərəkət edib.

Publika.az xəbər verir ki, etirazçılar prezident Armen Sarkisyanı baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Gasparyanın istefası ilə bağlı fərmanı imzalamamağa çağırır.

“Biz prezidentdən Paşinyanın şantajına boyun əyməməsini, etirazlarımızı açıq şəkildə formalaşdırmasını və baş nazirin fərmanının konstitusiyaya uyğunluğunu müzakirə etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməsini tələb etməliyik”, - hərəkatın koordinatoru İşxan Saqatelyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan Qasparyandan ayrılması üçün orduya təzyiq göstərməyə davam edir, lakin ordu qətiyyətlidir və xalqın yanındadır.

Saqatelyan bu vəziyyətdə prezidentin mövqeyini vacib sayır, çünki Baş Qərargah rəhbərinin vəzifəsindən kənarlaşdırılması təklifi onun masasındadır: “Prezident imzalamayacağını söylədi (Sarkisyan bunu açıq şəkildə deməyib - red.), ancaq bu, kifayət deyil. Dövlət başçısı münasibətini qanun çərçivəsində ifadə etməlidir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm