Tbilisidə parlament önündə qurulan çadırların sayı artdı
Bizi izləyin

Cənubi Qafqaz

Tbilisidə parlament önündə qurulan çadırların sayı artdı

Paytaxt Tbilisidə qanunverici orqanın (parlamentin) önündə artıq 11 çadır qurulub.

Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, çadırları siyasi partiyaların və vətəndaş fəallarının üzvləri qurublar.

Onlar çadır qurmaqda məqsədlərinin, gecəni parlament önündə keçirmək olduğunu bildiriblər. Etirazçıların sözlərinə görə, "VMH" lideri Nika Meliya həbsdən azad olunanadək onlar bu çadırlarda gecələyəcəklər.

Etirazçılar bildiriblər ki, qanunverici orqanın yanında çadırların sayı artacaq və lazım gələrsə, çadırları Rustaveli prospektində quruacaqlar.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm