Sarkisyan Qasparyanla bağlı hansı qərarı verəcək?
Bizi izləyin

Cənubi Qafqaz

Sarkisyan Qasparyanla bağlı hansı qərarı verəcək?

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı hələ də qərar verməyib. Prezident bu barədə qərar qəbul etməyə tələsmir.

Publika.az xəbər verir ki, bunu “RİA Novosti”yə Armen Sarkisyanın köməkçisi Asmik Petrosyan söyləyib.

"Hələ qərar qəbul edilməyib” - deyə, Petrosyan bildirib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Bunun ardınca Paşinyan Qasparyanı istefaya göndərib. Lakin müvafiq təqdimatı hələ prezident imzalamayıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm