• USD 1,7000 0,00% EUR 2,0332 +0,58%
    • GBP 2,3412 +0,28% RUB 0,0224 +1,79%

Paşinyan İSTERİK HÜCUMDA: Davtyan "tut əmri"nə tabe olmadı, Qəzaryan ərizə yazdı

Paşinyan İSTERİK HÜCUMDA: Davtyan "tut əmri"nə tabe olmadı, Qəzaryan ərizə yazdı

Ermənistan Prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarandan sonra Baş nazir Nikol Paşinyan isterik hücuma keçib.

Publika.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, prezidentdən əli üzülən Paşinyan Baş Prokuror Artur Davtyanı yanına çağırdıb və nəyin bahasına olursa olsun baş bərargah rəisinə qarşı iş açmağın variantlarını müzakirə edib.

Baş prokuror Onik Qasparyanın tutulması barədə baş nazirin əmrini yerinə yetirməkdən imtina etdi. Bundan sonra eyni əmri polis xüsusi təyinatlılarına verib. Lakin polis əməkdaşları Paşinyanın əmrini rədd ediblər.

Polis rəisi Vahe Qəzaryan Paşinyanın qanunsuz əmrinə tabe olmayaraq işdən azad edilməsi üçün ərizə yazıb.

Məlumatda vurğulanır ki, bu an hökumətdə çaxnaşma əhval-ruhiyyəsi yaranıb.

Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR