• USD 1,7000 0,00% EUR 2,0331 -0,13%
    • GBP 2,3391 -0,10% RUB 0,0222 -0,45%

Armen Nikolun tələbini qəbul etmədi: döyüşün ikinci mərhələsi başlayır...

Armen Nikolun tələbini qəbul etmədi: döyüşün ikinci mərhələsi başlayır...

Ermənistan prezidenti Armen Sarkisyan Onik Qasparyanın istefa fərmanını imzalamadı. Nikolun istefasını tələb edən Baş qərargah rəisi vəzifəsində qalır.

Armen Sarkisyanın fərmanı geri qaytarmaq qərarından təxminən bir saat öncə Rusiya müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqraşak Arutyunyanla telefonda danışdı və bu, rusların Qasparyanı son anda xilas etdiyini deməyə əsas verir. Lakin Nikol geri çəkilmir...

Ermənistan konstitusiyasına görə, baş nazir Nikol Paşinyan fərman layihəsini yenidən prezidentə təqdim edə bilər, prezident iki gün ərzində cavab verməlidir: ya fərmanı imzalamalıdır, ya da layihə Konstitusiya Məhkəməsinə getməlidir.

Artıq Paşinyan fərmanı yenidən göndərdiyini rəsmi şəkildə elan etdi və bu, mübarizənin yeni mərhələsinin başlanğıcı deməkdir:

- Nikol bu müddətdə prezidenti müxtəlif yollarla razı salmağa çalışacaq: fərmanın Konstitusiya məhkəməsinə getməsi qərarın Qasparyanın xeyrinə çıxması ehtimalının güclü olması deməkdir, çünki Nikol KM-nin keçmiş hakimiyyət dövründən qalan hakimləri ilə ədavəti var;

- Bu müddətdə Qasparyana qarşı təzyiqi artıracaq: ona qoşulan qiyamçı generalları da baş qərargah rəisinin ətrafından müxtəlif yollarla uzaqlaşdırmağa çalışacaq;

Böyük ehtimalla prezident Sarkisyan ikinci fərman layihəsini də imzalamayacaq və qərarı Konstitusiya Məhkəməsinin öhdəsinə buraxacaq. Bu olacaqsa, Nikolun tərəfdarlarının Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alacağını görə bilərik.

Döyüş hələ başa çatmayıb...

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR