Cənubi Qafqaz
ŞOK telefon danışığı üzə çıxdı: Qasparyan Sarkisyana zəng edib və...
Ermənistan Milli Təhlükəsizlik Xidməti Baş Qərargah rəisi Onik Qasparyan ilə sabiq prezident Serj Sarkisyan arasında telefon danışığını qeydə alıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, telefon danışığı bir neçə ay əvvəl baş tutub: “Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan baş nazir Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanın şəxsi istifadəsi üçün bu lenti onlara ötürüb və tezliklə ictimaiyyətə açıqlanacaq. Bu söhbətin məzmunu və MTX tərəfindən necə düzəldildiyi barədə məlumatım yoxdur. MTX mənbələri isə telefon danışığının bir neçə ay əvvəl baş tutduğunu və son hadisələrlə heç bir əlaqəsi olmadığını söyləyir”.
M.Minasyan müharibə zamanı və ondan sonra Serj Sarkisyanın hərbçilərdən səfirlərə, könüllülərdən müşahidəçilərə qədər hər kəs tərəfindən çağırıldığını və məsləhətləşdiyini xatırladıb: “Yeri gəlmişkən, hər üç keçmiş prezidentlə məsləhətləşdilər. Biri ilə daha tez-tez, digəri ilə daha az, ancaq onlarla əlaqə qururdular, çünki zəng etmək üçün başqa yerləri yox idi. Nikol bütün bu müddətdə həmişə sərxoş idi. Əminəm ki, Onik Qasparyan Nikol Paşinyanın onu dinlədiyini bilirdi və qəsdən açıq xətdən istifadə edib. Nəticə olaraq MTX Serj Sarkisyanın söylədiklərini açıq məlumat hesab etdi və bunun Nikola ötürülməsini istədi.
Bu qeydlə əlaqədar olaraq Paşinyan və saxta adamları 3 saat ulayacaqlar. Bunun işə yaramadığını anladıqda, çaqqallar kimi parçalanacaq və yeni bir adam axtarmağa başlayacaqlar. Və ya kiminsə səbri tükənənə qədər”.
Qeyd edək ki, N.Paşinyan O.Qasparyanın vəzifəsindən azad edilməsi üçün fərman imzalamış və prezidentə göndərmişdi. Lakin prezident Armen Sarkisyan fərmanı təsdiqləməyə tələsmir.
Zümrüd
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi




















.jpg)








.jpg)
.jpg)





