Paşinyanın artistliyi Rusiyada "Oskar"a layiq görüldü
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın artistliyi Rusiyada "Oskar"a layiq görüldü

Nikol Paşinyan “Oskar” mükafatına layiq görülə bilər.

Publika.az xəbər verir ki, bunu Rusiyanın “Kommersant” qəzeti yazıb.

Qəzet Ermənistanın baş naziri Nikol Paşinyanın 1 martda müxalifətlə küçə qarşıdurmasında qalib gəldiyini qeyd edib: “İrəvanda təşkil etdiyi axşam mitinqi şəxsən Paşinyanın rəhbərliyi ilə şəhər boyunca gecə yürüşü ilə davam etdi. Bu gün hökumət başçısı rəqiblərinə qarşı hücuma keçərək hakimiyyətdə olacağını və eyni zamanda, müxaliflərlə tamamilə inqilabi mübarizə aparacağını göstərdi”.

Məqalədə bildirilir ki, Nikol Paşinyan bir neçə dona girməyi bacarır: “Ölkədəki bütün gücə sahib olduğu üçün lazım olduqda dərhal inqilabçı roluna keçir və bu sehr işə yarayır. 1 martda çağırışı ilə respublikanın mərkəzi meydanı baş nazirin on minlərlə tərəfdarları ilə doldu.

Baş nazir meydana birbaşa hökumət binasından polisin əvvəlcədən qurduğu etibarlı dəhlizlə getdi. Səhnəyə qalxdı və bir saatdan çox müddət ərzində izdihamı idarə etdi. Onu qışqırmağa, qəzəblənməyə, sonra itaətkarlıqla susmağa məcbur etdi. Nikol Paşinyan bu performansını bir filmdə ortaya qoysa, “Oskar” mükafatına layiq görülə bilər.

Səhnədə 3 ildir ölkəni idarə edən bir insanın danışdığını bilməsək, parlaq bir natiqin xalqı rejimlə mübarizə aparmağa qaldıran müxalifət lideri olduğunu düşünə bilərik”.

Qeyd edək ki, N.Paşinyan mitinqdə bir xəbəri açıqlamışdı: Ermənistanda bu ilin oktyabr ayında yarı-prezident idarəetmə formasının qaytarılmasına dair konstitusiya referendumu keçiriləcək.

“Kommersant”ın baş nazirin bloku olan “Mənim addımım” fraksiyasındakı bir qaynağı baş qərargah rəisi ilə məsələ həll edildikdən dərhal sonra erkən seçkilərin təşkili prosesinə başlanacağını söyləyib.

Onun sözlərinə görə, prezident baş nazir tərəfindən yenidən təqdim olunan istefanı imzalamağa hazırdır: “Armen Sarkisyan bunu imzalayan kimi erkən seçkiləri təşkil etməyə başlayacağıq. Onları mövcud vəziyyətdən çıxmaq üçün bir fürsət kimi görürük”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm