Tbilisi qarışdı: Saxlanılanlar var
Bizi izləyin

Cənubi Qafqaz

Tbilisi qarışdı: Saxlanılanlar var

Bu gün səhər Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyası keçirilib.

Publika.az xəbər verir ki, bu barədə "Novosti Qruziya" məlumat yayıb.

Daxili İşlər Nazirliyinə istinadən verilən məlumata görə, qısa zamanda erkən parlament seçkilərinin təyin edilməsini və siyasi məhbusların azadlığa buraxılmasını tələb edən müxalifət tərəfdarları və liderləri qanunverici orqanın binasının ətrafında piket keçirib. Onlar hakim Gürcü Arzusu Partiyasının millət vəkilləri ilə görüşmək üçün parlamentin girişlərində toplaşıb və etiraz şüarları avtomobil siqnallarının səsinə qarışıb.

Vəziyyət bir neçə dəfə gərginləşib. Polis etirazçılardan yolun hərəkət hissəsini tərk edib səkiyə keçmələrini tələb edib. Qarşıdurma Daxili İşlər Nazirliyinin əməkdaşları fəalları yoldan çıxarmağa başladığı zaman baş verib. Həbslər başlayıb və nəticədə 7 nəfər tutulub.

Etirazçılar həbslər zamanı polisin fiziki güc tətbiq etdiyini, çox sərt davrandığını söyləyir.

Bölgədə vəziyyət gərgin olaraq qalır. Parlamentin plenar iclası hələ başlamayıb.

Qeyd edək ki, gürcü müxalifəti polisin Gürcüstanın ən böyük müxalifət partiyasının liderinin qərargahına basqın etməsindən və sədri Nika Meliyanın 23 dekabrda həbs olunmasından sonra müddətsiz etirazların başladığını elan edib. Parlamentin yanında etiraz fəaliyyətinin mərkəzinə çevrilən çadır şəhərciyi qurulub. Hakimiyyət əleyhdarları tələbləri yerinə yetirilənə qədər küçə aksiyalarını davam etdirmək niyyətindədir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm