
Ermənistan silahlı qüvvələri baş qərargah rəisi Onik Qasparyanın keçmiş əsgərləri ona dəstək mitinqi keçirəcək.
Publika.az xəbər verir ki, mitinq 6 mart saat 13:00-da olacaq.
Feysbukun erməni seqmentində yayılan məlumata görə, Müdafiə Nazirliyinin 51191 saylı hərbi hissəsinin keçmiş hərbçiləri nazirliyin inzibati binasının girişində toplaşacaq.
Keçmiş hərbi qulluqçular aksiyaya dəvət olunub.
Zümrüd