Ermənistan Suriyaya çevrilə bilər - Ter-Petrosyan
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan Suriyaya çevrilə bilər - Ter-Petrosyan

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının baş nazir Nikol Paşinyanın istefasını tələb etdiyi bəyanatı tamamilə başadüşüləndir.

Publika.az xəbər verir ki, bunu ölkənin ilk prezidenti Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, bunun səbəbi baş nazirin Qarabağdakı biabırçı məğlubiyyətdə ordunu günahlandırması və bunun üçün ehtiyatsız cəhdlər göstərməsidir.

Ordunun siyasi proseslərə müdaxilə etmək mövqeyi tamamilə başa düşüləndir: səbəb baş nazirin laqeyd məğlubiyyətdə ordunu günahlandırmaq ehtiyatsızlığıdır - Levon Ter-Petrosyan

O, Cənubi Koreya, Misir kimi ölkələrin timsalında hərbi çevriliş təcrübəsini uğurlu olduğunu, lakin Əfqanıstan, Liviya, Somali, Yəmən, İraq, Suriya, Livan, Nikaraqua və sair ölkələrin timsalında çevrilişlərin dövri xarakter alaraq dövlətçiliyin məhvinə və xalqların uzun müddət əziyyət çəkməsinə gətirib çıxardığını bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm