Nikol Qasparyandan sonra qiyamçı generallara hücum hazırlayır...
Bizi izləyin

Cənubi Qafqaz

Nikol Qasparyandan sonra qiyamçı generallara hücum hazırlayır...

Ermənistan ordusunun baş qərargah rəisi Onik Qasparyan rəsmi olaraq vəzifəsindən azad edildi.

Publika.az xəbər verir ki, Qasparyanın vəzifəsindən azad edilməsindən sonra Ermənistan prezidenti Armen Sarkisyan “Hərbi qulluqçuların statusu haqqında” qanuna edilən dəyişikliklərin Konstitusiyaya uyğunlaşdırılması məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Dəyişiklik “yüksək komandanlıq heyətində təmsil olunan hərbçilərin vəzifədən uzaqlaşdırılması bu qanunun 1-ci maddəsində müəyyən edilmiş əsasların olub-olmamasından asılı olmayaraq, həyata keçirilə bilər” şəklindədir.

KM prezidentin müraciəti ilə bağlı müsbət qərar verəcəyi təqdirdə, baş nazir Nikol Paşinyan orduda istənilən şəxsi prezidentin təsdiqləməsinə ehtiyac olmadan vəzifəsindən uzaqlaşdıra biləcək.

Bu, Qasparyanla birlikdə baş nazirin istefa tələbinə qoşulan 40-a yaxın yüksək rütbəli zabitin də ordudan uzaqlaşdırılmasına hazırlıq getdiyini deməyə əsas verir. Nikol qiyamçılara yaxın dövrdə toxunmasa belə, tezliklə onları cəzalandıracaq.

Hazırda Ermənistan ordusu Qasparyanın komandası ilə Nikolun komandası arasında ikiyə parçalanıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm