Erməni general haqda ŞOK FAKTLAR: Mafiya lideri, qara işlər və...
Bizi izləyin

Cənubi Qafqaz

Erməni general haqda ŞOK FAKTLAR: Mafiya lideri, qara işlər və...

Ermənistanda Qasparyanın yola salınmasından sonra onu vəzifəsi müvəqqəti olaraq müavini Stepan Qalstyana tapşırıldı. Paşinyanın namizədi Artak Davtyandır, lakin prezident bu təklifi qəbul etmədi...

Publika.az xatırladır ki, baş qərargah rəisi vəzifəsini icra edən general-leytenant Qalstyan Ermənistan hava qüvvələrinin zabiti olub, Paşinyanın hakimiyyətə gəlişindən sonra hərbi karyerası daha da çiçəklənib. Adının Ermənistandan Afrikaya silah qaçaqlamçılığı işində əsas təşkilatçı kimi keçməsi maraqlıdır:

Hər şey 2012-ci ilin 30 noyabr tarixində “Ridge Airvays” aviaşirkətinə məxsus IL-76 təyyarəsinin Konqonun paytaxtı Brazzivalidə Maya-Maya hava limanından 500 metr uzaqlıqdakı yaşayış məntəqəsi ərazisində qəzaya düşməsi ilə ortaya çıxdı.

Qəzada göyərtədə olanlar və təyyarənin düşdüyü ərazidə yaşayan 32 yerli sakin həlak oldu. Təyyarənin göyərtəsində olan 5 nəfər Ermənistan vətəndaşları idi: uçuş mühəndisi Andranik Qevorqyan, kapitan Varazdat Balasanyan, Xankəndi hava limanının keçmiş rəhbəri Ara Tovmasyan, Tadevos Hovhannisyan və Edqar Avetyan.

Bu qəza təkcə 5 erməninin və 32 konqolunun həyatına son qoymadı, həm də qəzadan sonra ortaya çıxan faktlar Ermənistanın qanunsuz silah alverinin üstündəki sirr pərdəsini açdı. Ermənistan hakimiyyəti təyyarənin saxta qeydiyyat nömrəsi ilə uçduğunu, reysterdən çıxartdıqlarını iddia etsə də, “Ridge Airvays” şirkətini qeyri-rəsmi olaraq idarə edən Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Stepan Qalstyanın arvadı Natalia Qalstyan idi.

Xanım Qalstyan sənədlərdə aviaşirkətin baş meneceri olaraq göstərilir, şirkətin sahibi isə Sergey Koçarov adlı naməlum şəxsdir.

“Ridge Airvays” şirkəti 2012-ci ildə fəaliyyətini dayandırıb, lakin Afrikada işləyən erməni pilotlar qəzadan sonra Ermənistan mediasına bildirmişdilər ki, Stepan Qalstyana məxsus “Ala International LTD” şirkətinin adı altında daha 4 təyyarə Qara Qitədə uçur.

Afrikada qanunsuz silah və digər malların daşınmasını həyata keçirən erməni aviaşirkətlərinin böyük əksəriyyətinin sahibləri Ermənistan ordusunun keçmiş zabitləridir. Məlumatlara görə, Ermənistan Hərbi Hava Qüvvələrinin zabiti kimi fəaliyyət göstərən, hazırda da Baş qərargah rəisinin hərbi hava qüvvələri üzrə müavini olan Stepan Qalstyan uzun illərdir bu şəbəkənin başında dayanır. General-leytenant Qalstyan Afrikada narkotik və silahdan tutmuş qeyri-qanuni mühacirlərin daşınmasına qədər həyata keçirilən bütün “qara” işləri idarə edir. Ermənistan mediasının iddialarına görə, hətta general Afrikadakı erməni mafiyasının de-fakto lideridir, qanuni dövriyyədən kənar qiymətli daş-qaş, brilyant, almaz alverini də həyata keçirir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm