Erməni hərbçilər QORXU İÇİNDƏ: O körpünü keçsələr... - VİDEO
Bizi izləyin

Cənubi Qafqaz

Erməni hərbçilər QORXU İÇİNDƏ: O körpünü keçsələr... - VİDEO

Ermənistanın Sünik (Zəngəzur) vilayətində, Azərbaycan Ordusunun mövqeləri ilə üz-üzə qulluq edən ermənilər şikayət ediblər.

Publika.az xəbər verir ki, onlar şəraitlərinin acınacaqlı olmasını əks etdirən video-görüntü də yayıblar. Buz kimi çadırlarda yatdıqlarını, yemək, yanacaq, silah sarıdan ciddi qıtlıq çəkdiklərini deyən erməni əsgərlər Azərbaycan Ordusundan qorxduqlarını etiraf ediblər.

“Hər gecə yatanda Tanrıya dua edirik ki, səhərə sağ çıxaq. Boynuma alıram ki, qorxuram türklərdən. Onların postlarına, silahlarına, təminatına baxın, bizə baxın. O körpünü keçmələri bəsdir ki, bizi yatarkən öldürsünlər”, – erməni əsgərlərdən biri deyib.

Qeyd edək ki, videonu jurnalist Elçin Aloğlu yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm