Baş Qərargah rəisinin keçmiş müavini müdafiə nazirini məhkəməyə verdi
Bizi izləyin

Cənubi Qafqaz

Baş Qərargah rəisinin keçmiş müavini müdafiə nazirini məhkəməyə verdi

Ermənistan ordusunun Baş Qərargah rəisinin işdən çıxarılan müavini Tiran Xaçatryan müdafiə naziri Vaqraşak Arutyunyanı məhkəməyə verib.

Publika.az
xəbər verir ki, T.Xaçatryan prezident Armen Sarkisyanın 4 mart tarixli fərmanı ilə vəzifəsindən uzaqlaşdırılıb.

Ermənistanda ordu və hökumət arasında yaranan böhran da T.Xaçatryanın vəzifəsindən çıxarılması ilə başlanıb. Belə ki, T.Xaçatryan baş nazir Nikol Paşinyanın məşhur “İskəndər” çıxışına ironiya ilə yanaşdığına görə işdən çıxarılıb, ardınca Baş Qərargah rəisi Onik Qasparyan hökuməti istefaya çağırıb. Lakin sonda Nikol Paşinyan mübarizədən qalib çıxdı. Qasparyan isə vəzifəsindən uzaqlaşdırılmasına etiraz olaraq İnzibati Məhkəməyə müraciət etdi. Məhkəmə proses tamamlana qədər müvəqqəti olaraq, onu vəzifəsində saxladı. İndi Qasparyanın müavini Xaçatryan da İnzibati Məhkəməyə müraciət edərək, vəzifəsinə bərpa edilməsini tələb edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm