İrəvanda növbəti İZDİHAM: Saat 15:00-da vətəndaşları...
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanda növbəti İZDİHAM: Saat 15:00-da vətəndaşları...

Bu gün yerli vaxtla saat 15:00-da Ermənistanın paytaxtı İrəvanda növbəti dəfə izdiham yaşanacaq.

Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, müxalif qüvvələr ölkə hakimiyyəti əleyhinə tiraz aksiyası keçiriləcək.

Məlumata görə, mitinq növbəti dəfə “Vətənin qurtuluşu uğrunda hərəkat”ın təşkilatçılığı ilə baş tutacaq. “Martın 28-də saat 15:00-da sizi Baqramyan və Dəmirçiyan küçələrində mitinqə dəvət edirik. Bizim hədəfimiz və mövqeyimiz dəyişməzdir”, - deyə hərəkatdan bildirilib.

Qeyd edək ki, Ermənistan müxalifəti ötən ilin noyabrından hakimiyyət əleyhinə etiraz aksiyalar keçirir, baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Paşinyan isə növbəsində iyunda ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm