Tbilisinin meri xəstəxanadan evə buraxıldı
Bizi izləyin

Cənubi Qafqaz

Tbilisinin meri xəstəxanadan evə buraxıldı

Tbilisi Bələdiyyə Başçısı (meri) Kaxa Kaladze klinikadan çıxarılıb.

Publika.az xəbər verir ki, Kaladze müalicəsini evdə davam etdirəcək.

"Əvvəla, təşəkkürlə başlamaq istəyirəm. Mənə dəstək olan bütün insanlara təşəkkür edirəm. Sağalmağımda iştirak edən həkimlərə, tibb bacılarına təşəkkür edirəm. Bəzi həkimlərin də adını çəkmək istərdim - cənab Zurab Pağava, Mamuka Bokuçava, Ekaterine Xarxeli, onlara çox təşəkkür edirəm. Səhhətimə gəldikdə, daha yaxşı hiss edirəm, amma bir neçə gün evdə müalicəmi davam etdirməliyəm", - Kaladze bildirib.

Onun sözlərinə görə, müalicəni xaricdə davam etdirmək planları yoxdur.

Qeyd edək ki, K.Kaladze martın 26-da xəstəxanaya yatırılıb. Keçmiş futbolçuya vestibulyar analizotorun funksiyasının pozulması diaqnozu qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm