Gürcü nazir Azərbaycanla SƏRHƏDƏ GƏLDİ: "Açılışa şərait yaradan..." - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Gürcü nazir Azərbaycanla SƏRHƏDƏ GƏLDİ: "Açılışa şərait yaradan..." - FOTO

Gürcüstan hökuməti qonşu ölkələrlə quru sərhədlərini açmaq niyyətindədir. Hökumət hesab edir ki, quru sərhədlərinin açılması iqtisadiyyatın sürətli inkişafına təkan verəcək.

Publika.az xəbər verir ki, bu məqsədlə Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili Gürcüstan-Azərbaycan sərhədində yerləşən Qırmızı Körpü Sərhəd Keçid Məntəqəsinə baş çəkərək burada məntəqənin fəaliyyəti və infrastrukturu ilə maraqlanıb, tövsiyələrini verib.

"Qaydalara riayət etmək və peyvəndləmə prosesində fəal iştirak sərhədləri açmağa imkan verəcək. Ona görə də bu gün hava sərhədləri ilə birgə quru sərhədlərini də açmağa şərait yaradan qaydalara ciddi şəkildə riayət etmək və vaksinasiya prosesində fəal şəkildə iştirak etmək çox vacibdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm