Gürcüstanda üç deputat koronavirusa yoluxdu
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda üç deputat koronavirusa yoluxdu

Gürcüstanda Baş nazir İrakli Qaribaşvilinin ardınca hakim “Gürcü arzusu” partiyasının parlament fraksiyasının rəhbəri Mamuka Mdinaridze, həmçinin fraksiyanın daha iki üzvü – Beka Davituliani və Mayya Menaqarişvili koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Məsələ ilə bağlı öz “Facebook” səhifəsində status yazan M.Mdinaridze özü də faktı təsdiqləyib.

Qeyd edək ki, bugünlərdə Gürcüstan Baş nazirinin COVID-19-a yoluxmasından sonra onunla ünsiyyətdə olan ölkə prezidenti Salome Zurabişvili də özünü təcrid edib. Lakin dövlət başçısının bugünkü koronavirus testi neqativ çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm