Koçaryan Paşinyanı məhkəməyə verdi
Bizi izləyin

Cənubi Qafqaz

Koçaryan Paşinyanı məhkəməyə verdi

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ölkənin baş naziri Nikol Paşinyanı məhkəməyə verib.

Publika.az news.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Elektron Məhkəmə Sistemində bildiriş yerləşdirilib.

Robert Koçaryan ona qarşı başlamış və sonradan ləğv edilmiş cinayəti işi ilə bağlı iddia irəli sürüb. Keçmiş prezident ona dəyən mənəvi ziyanın ödənilməsini tələb edir.

R.Koçaryan N.Paşinyandan onunla bağlı verdiyi bəyanatları təkzib etməsini və 4 milyon dram (8 min dollara yaxın) məbləğində kompensasiya ödəməsini tələb edir.

Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi Robert Koçaryana qarşı irəli sürülmüş konstitusiya quruluşunu devirmək ittihamlarını geri götürüb.

Yerevanınn ümumi yurisdiksiyasının hakimi Anna Danibekyan Konstitusiya Məhkəməsinin 300.1-ci maddəsini (konstitusiya quruluşunun devrilməsi) konstitusiyaya zidd elan edərək “martın 1-i” işinə xitam verilməsi barədə qərar qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm