İrəvanda silaha əl atıldı, bir neçə nəfər GÜLLƏLƏNDİ
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanda silaha əl atıldı, bir neçə nəfər GÜLLƏLƏNDİ

Ermənistanın paytaxtı İrəvanda atışma olub.

Publika.az xəbər verir ki, bu barədə "Shamshyan" məlumat yayıb.

Bildirib ki, hadisə “Karmir blur” qəbiristanlığında baş verib. İnsident zamanı bir neçə nəfər xəsarət alıb. Onlar İrəvanın ayrı-ayrı xəstəxanalarına yerləşdiriliblər. Xəsarət alanlar arasında həmçinin kəsilmiş-deşilmiş yaralar alanlar da var.

Qeyd edilib ki, atışma paytaxtda bir neçə ay əvvəl törədilmiş qətllə bağlıdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Təhqiqatçılar ərazidə atıcı silahların xeyli sayda gilizlərini, güllə, qan izlərini aşkarlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm