Məlum otaqda Ermənistan ordusunun taleyi həll olundu - Elbakyan
Bizi izləyin

Cənubi Qafqaz

Məlum otaqda Ermənistan ordusunun taleyi həll olundu - Elbakyan

“Bu otaqda nə Serj, nə Köçəryan, nə də “keçmişlər”dən kimsə vardı. Həmin yerdə Ermənistana de-fakto rəhbərlik edən insanlar vaxtilə türklərin, monqolların, ərəblərin və bizanslıların ermənilərə qarşı törətdiklərini təkrarladılar.

Publika.az Musavat.com-a istinadla xəbər verir ki, bu cümlələr erməni politoloq Edqar Elbakyanın “Facebook” səhifəsində yazdığı statusda yer alıb. Həmin statusda E.Elbakyan maraqlı detalları açıqlayıb.

Onun sözlərinə görə, hər şey 2020-ci ilin oktyabr ayının 6-da, baş nazir Nikol Paşinyanın iştirakı ilə Xankəndidə keçirilən iclasda baş verib.

“2020-ci ilin oktyabrın 6-da saat 15:00-a qədər Cəbrayılın düşəcəyi artıq bəlli idi. Lakin bu vaxt Ermənistanın rəhbəri elə cinayətkar bir qərar qəbul etdi ki, onun da nəticəsində Cəbrayıldakı hərbi hissələrin qalıqları, Füzulidəki tank birliyi, Xocalıdakı tank birliyi, Daşkəsəndəki hərbi hissənin qalıqları, böyük sayda piyada və texnika Azərbaycan Ordusu tərəfindən məhv edildi.

Faktiki olaraq Ermənistan ordusunun onurğa sütunu Lələtəpəni geri almaq avantürasına görə qırıldı. Əks-hücum zamanı heç bir artilleriya, kəşfiyyat hazırlığı keçirilmədi. Hər şey “keçmişlərin” verdiyini geri qaytarmağa görə lovğalanmaq uğruna və qoşunların qurban edilməsi bahasına başa gəldi. Nəticədə zirehli texnika Azərbaycanın əlinə keçdi, piyadalar isə artilleriyanın zərbəsi altında qaldı”, - deyə yazıda bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm