Gürcüstanda 6 deputat hakim partiyadan İSTEFA VERDİ
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda 6 deputat hakim partiyadan İSTEFA VERDİ

Gürcüstan parlamentinin deputatları - Giorgi Xocevanişvili, Beka Liluaşvili, Ana Buçukuri, Aleksandre Motsereliya, Şalva Kereselidze və Mixeil Dauşvili hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından istefa veriblər.

Publika.az xəbər verir ki, bu barədə parlament üzvü G.Xocevanişvili keçirdiyi brifinqdə mәlumat verib.

O qeyd edib ki, 6 deputat bu gündən müstəqil deputat kimi fəaliyyət göstərəcək və keçmiş baş nazir Giorgi Qaxariyanın komandasına qoşulacaq.

Yayılan məlumatlara əsasən, G.Qaxariya partiya yaratmağı planlaşdırır.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın baş naziri olub.

46 yaşlı siyasətçi hökumət başçısı vəzifəsindən istefa verməklə yanaşı hakim partiyanın sıralarını da tərk edib.

O, siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm