Ermənistan ordusunda "dedavşina" - Gənc əsgər amansızlıqla döyüldü
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan ordusunda "dedavşina" - Gənc əsgər amansızlıqla döyüldü

Ermənistan ordusunda mövcud olan neqativ hallar, çatışmazlıqlar səbəbindən son vaxtlar hərbi qulluqçular arasında qanunazidd münasibətlər zəminində daha bir cinayət hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu ölkə KİV-lərində yayılan məlumatlarda Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmətə yeni çağrılan 2-ci motoatıcı taborun əsgəri Rafael Minasyanın daha çox xidmət edən “ded"lər tərəfindən amansızlıqla döyüldüyü bildirilir. Ciddi bədən xəsarətləri alaraq tibb məntəqəsinə yerləşdirilən R.Minasyan yenidən belə təzyiqlərlə üzləşmək qorxusundan heç kimdən şikayətçi olmayacağını deyib.

Hadisəni ört-basdır etməyə çalışan hərbi hissə komandanlığı faktla bağlı hərbi qulluqçunun ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm