Cənubi Qafqaz
Ermənistanın İsraildəki səfirinə cinayət işi açıldı
Ermənistanın İsraildəki səfiri, AOKS təşkilatının keçmiş sədri Armen Smbatyan mədəni tarixi abidələr siyahısına daxil olan binanın özəlləşdirilməsində keçmiş mədəniyyət naziri Asmik Poqosyana yardım etməkdə ittiham edilib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.
Məlumata görə, 2006-cı ildə bu bina Poqosyan tərəfindən AOKS (Xarici ölkələrlə mədəni əlaqələr üzrə erməni icması – red.) sədri olan Smbatyana verilib. Bundan sonra AOKS-un MMC yaratdığı və onun kapitalı kimi bu bina, eləcə də torpaq sahəsinin göstərildiyi bildirilib. Belə ki, Smbatyanın yaratdığı MMC-nin səhmlərinin 100%-i daha sonra 550 min dollara Poqosyanın Virciniya adalarında qeydiyyatdan keçirdiyi başqa bir şirkətə satılıb.
Komitənin məhz bununla əlaqədar olaraq Smbatyanı səlahiyyətlərindən sui-istifadə və cinayət yoluyla qazanılan pulların yuyulması maddəsi ilə ittiham etdiyi bildirilib. Poqosyana da oxşar maddələrlə cinayət işinin açıldığı və axtarışa verildiyi vurğulanıb.
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...