Zurabişvili müxalifətçini əfv edəcək
Bizi izləyin

Cənubi Qafqaz

Zurabişvili müxalifətçini əfv edəcək

Gürcüstan prezidenti Salome Zurabişvili aprelin 27-də müxalifətçi Giorgi Ruruanı əvf edəcək.

Publika.az xəbər verir ki, bu barədə dövlət başçısının yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, hakimiyyətlə siyasi böhrandan çıxış üzrə razılaşmanı imzalayan siyasi partiyalar parlamentin aprelin 27-də keçiriləcək plenar iclasına qatılacaqlar və əvf sərəncamı də həmin gün imzalanacaq.

Qeyd edək ki, G.Rurua Gürcüstanın müxalif “Mtavari arxi” telekanalının səhmdarlarından biridir. O, 2019-cu ilin noyabrında odlu silahın qanunsuz əldə olunması, saxlanılması faktı ilə bağlı həbs olunub və ötən ilin iyulunda 4 il müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm