Türkiyə və Gürcüstanın XİN başçıları görüşdü
Bizi izləyin

Cənubi Qafqaz

Türkiyə və Gürcüstanın XİN başçıları görüşdü

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə D.Zalkaliani özünün "Twitter" hesabında məlumat paylaşıb.

Bildirib ki, görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin yüksəldilməsinin region üçün önəmi barədə müzakirə aparıblar.

D. Zalkaliani qedy edib ki, Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin, NATO-ya inteqrasiyasına verdiyi dəstək çox önəmlidir.

Qeyd edək ki, görüş Türkiyə, Rumıniya və Polşa XİN başçılarının Buxarestdə keçirilən üçtərəfli görüşü çərçivəsində baş tutub. Ukrayna və Gürcüstan XİN başçıları bu gün və sabah keçiriləcək görüşdə iştirak üçün dəvət alıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm