Gürcüstan parlamentinin sədri istefa verdi - YENİLƏNDİ
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan parlamentinin sədri istefa verdi - YENİLƏNDİ

Gürcüstanın bu gün istefa vermiş parlament sədri Arçil Talakvadze vitse-spiker vəzifəsini tutacaq.

Bu barədə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, A.Talakvadze hakim komandanın liderlərindən biri kimi aktiv siyasi fəaliyyətini vitse-spiker vəzifəsində davam etdirəcək.

Qeyd edək ki, A.Talakvadze spiker postunu 2019-cu ilin iyunundan tutub. O, ötən ilin dekabrında parlament seçkilərindən sonra yenidən bu vəzifəyə seçilib.

xxx

Gürcüstanın parlament sədri Arçil Talakvadze istefa verib.

Bu barədə o, bəyanatla çıxış edib.

Spiker postuna onun müavini Kaxa Kuçavanın namizədliyinin irəli sürüləcəyi bildirilir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm