• USD 1,7000 0,00% EUR 2,0621 -0,10%
    • GBP 2,3947 -0,07% RUB 0,0230 0,00%

Gürcüstanda “Sinopharm” preparatı ilə vaksinasiyaya başlanıldı

Gürcüstanda “Sinopharm” preparatı ilə vaksinasiyaya başlanıldı

Mayın 4-də Gürcüstan əhalisinin Çin istehsalı olan “Sinopharm” preparatı ilə peyvənd olunmasına başlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan İmmunizasiya portalı məlumat yayıb.

Portalın məlumatına görə, artıq 15 min 325 nəfər “Sinopharm” peyvəndini qəbul etmək üçün qeydiyyatdan keçib. Bu tip vaksini qəbul etmək üçün qeydiyyat davam edir.

Qeyd edək ki, bu günədək dünyanın 35 ölkəsində 200 milyon dozadan çox “Sinopharm” vaksini istifadə edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR