Cənubi Qafqaz
Serjin kürəkəninə Qarabağdan qayıdan dostu GÖRÜN NƏLƏR YAZIB: Qısaca desəm, birdəfəlik... - VİDEO
Video əlavə olunub.
***
Ermənistanın eks-prezidenti Serj Sərkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyan Qarabağdan qayıdan dostunun ona yazdığı məktubu özünün "Facebook" səhifəsində yerləşdirib.
Publika.az xəbər verir ki, Məktubda Mikaelin dostu yazır:
"Təəsüratlar çox ağırdır və əgər gördüklərimi qısaca ümumiləşdirsəm Qarabağın ermənilər üçün birdəfəlik itirildi".
Minasyan bildirir ki, həmin dostu Qarabağda müharibədə döyüşmüş tanışına baş çəkmək üçün getmişdi.
“Mən ona vərdiş etmişdim ki, orada sadə adamlar hələ müharibədən əvvəl də Rusiyaya dua edirdilər, indi isə mən ora gedəndə düşünürdüm ki, onlara ümidverici nəsə deyim,-amma mənə elə gəlir ki, müharibəni uduzduğumuzu desəm bununla necə də olsa şirin tüpürcək tüpürmüş olaram, hesab elə ki, ora artıq Rusiyadır”,-Mikaelin dostu yazır.
Daha sonra həmin adam bildirir ki, Qarabağda (yəni Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində) tam ümidsizlik və acizlik hökm sürür. Laçın dəhlizi ilə hərəkət edəndə ona ancaq postlarda maşını saxlamaq, maşından düşməmək tapşırılıb. Şuşanın yaxınlığında isə ermənilər Azərbaycan ordusunun postunun yanından ötüb keçirlər.
Müharibədə darmadağın edilən qondarma “dqr müdafiə ordusu”undakı vəziyyət də acınacaqlıdır.
“Mənim əsgər yoldaşım ordudan tərxis olunduqdan sonra 3 illik müqavilə ilə yenidən orduya yazılıb. Çünki başqa iş yoxdur. Əsgər yoldaşlarım deyirlər ki, hərbi xidmət faktiki olaraq yoxdur, hamı vaxt öldürür, döyüş vəzifələri daha yoxdur. Zabitləri məktəblilər kimi gündə bir neçə dəfə sıraya düzüb yoxlayırlar ki, görsünlər hamı yerindədir, yoxsa öz işlərinin dalınca gediblər. Müharibədə əldə saxladıqları postları bir güllə də atılmadan təhvil veriblər, indi yeni postlar qururlar, amma tənbəlcəsinə, nömrə gəlməklə”,-Qarabağdan qayıdan erməni yazır.
Həmin şəxs bildirir ki, Xankəndindən Ermənistana gediş-gəliş də kəskin azalıb, yolda ara-sıra maşınlar görünür. Ağdərənin Vəng kəndindəki oteldə isə məktub müəllifindən başqa heç kim olmayıb. Restoranlarda menyü təqdim etmirlər, adətən ərzağı ancaq müştəri gələndən və sifariş götürəndən sonra alıb gətirirlər.
“Qısaca desəm, təəssürat belədir ki, Qarabağ bizim üçün birdəfəlik itirilib”, - Mikaelin dostu ona yazır. / Virtualaz.org
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ