SON DƏQİQƏ: Azərbaycan Ordusu Zəngəzur istiqamətində irəlilədi
Bizi izləyin

Cənubi Qafqaz

SON DƏQİQƏ: Azərbaycan Ordusu Zəngəzur istiqamətində irəlilədi

Azərbaycan Ordusu Zəngəzur (Sünik) istiqamətində irəliləyib.

Publika.az xəbər verir ki, bunu Goris icmasının (Ermənistanın Sünik bölgəsi) rəhbərinin müavini Menua Hovsepyan bildirib.

Onun sözlərinə görə, atışma yoxdur, Azərbaycan ordusunun əvvəlki mövqelərinə çəkilməyə məcbur etmək üçün danışıqlar aparılır.

Ermənistan MN-dən bildirilib ki, Azərbaycan Ordusunun sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində bir istiqamətdə irəlilədiyi müəyyənləşib. Ancaq Azərbaycan Ordusunun irəlilədikləri yerdə mühəndis işlərinin görməsinə etiraz edilib və hazırda situasiyanın nizamlanması üçün müzakirələr gedir.

Ermənistan MN İşxanasar istiqamətində döyüş getdiyi barədə erməni mediasında yayılan məlumatı təkzib edib və sərhəddə heç bir gərginlik olmadığını bildirib.

Ermənistan mətbuatı yazıb ki, Vanadzorda xidmət aparan Ermənistan ordusuna həyəcan siqnalı verilib. Erməni birləşmələri təcili Zəngəzur istiqamətinə göndərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm