Cənubi Qafqaz
Minasyandan SENSASİON AÇIQLAMA: "Nikol yeni bəyanat imzalayır, 30 iyuna qədər..."
"Nikol Paşinyan Ermənistan üçün fəlakətli nəticələrə səbəb olan yeni bəyanat imzalayır".
Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu iddia ilə Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyan çıxış edib.
Eks səfir deyib ki, dünən gecə Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq yeni sənədin hazırlanması işi tamamlanıb:
1. Yeni komissiya yaradılacaq. Bu komissiya Ermənistan-Azərbaycan sərhədinin yeni və son demarkasiyası üçün oyun qaydalarını təsbit edəcək;
2. Demarkasiya üç prinsipə əsaslanacaq: SSRİ xəritələri, coğrafi məqsədəuyğunluq, o dövrdəki real mənzərə. Bu prinsipin Ermənistan üçün çox xoşagəlməz nəticələri olacaq, çünki prinsip tətbiq olunduğu təqdirdə Azərbaycanın oynayacağı açıqdır;
3. Tavuş bölgəsinin 5 kəndinin (Qazağın), Ararat bölgəsinin isə bir kəndinin (Naxçıvanın Kərki kəndi) Azərbaycana təhvil verilməsi Nikol tərəfindən müzakirə edildi;
4. Yeni son demarkasiya işlərini tənzimləyən sənədlər 30 iyuna qədər hazırlanacaq və paraflanacaq;
Nikol bu üç istəyinin qarşılığında razılığa gəlib:
• Seçkilərdən əvvəl Azərbaycan qoşunlarını Ermənistan ərazisindən çıxaracaq;
• Ən azı bir neçə məhbusu geri qaytaracaq;
• Diplomatik lüğətə görə, Tavuşdakı 5 kəndin təhvili ilə bağlı seçki sonuna qədər dirəniş göstəriləcək, - deyə Minasyan əlavə edib.
Hüseyn
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi















.jpg)



















.jpg)