Cənubi Qafqaz
Ermənistanda seçkilər: Rəy sorğusunun ŞOK NƏTİCƏLƏRİ
Ermənistanda seçkilərə bir həftə qalmış yeni rəy sorğularının nəticələri açıqlanıb. Nəticələrə görə, “Ermənistan” seçki bloku “Mülki Müqavilə”ni keçib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Gallup” beynəlxalq sorğu təşkilatının Ermənistan ofisinin rəhbəri Aram Navasardyan mətbuat konfransında bildirib.
Ofis rəhbəri Ermənistanda keçirilən seçkilərdə iştirak edən siyasi qüvvələrin reytinqini təqdim edib.
Rəy sorğusunun nəicələrinə görə, respondentlərin 24,1 faizi “Ermənistan” seçki blokuna, 23,8 faizi “Mülki Müqavilə” partiyasına səs verəcəyini açıqlayıb. Əvvəlki sorğu ilə müqayisədə “Ermənistan” blokunun göstəriciləri 3,5, “Mülki Müqavilə”nin tərəfdarları isə 1,4 faiz artıb.
Üçüncü yerdə “Mənim şərəfim var” seçki bloku 7,4 faizlə gəlir. Çiçəklənən Ermənistan Partiyasına respondentlərin 3,1 faizi səs verəcəyini bildirib. Seçicilərin 9,2 faizi heç kimə səs verməyəcəyini açıqlayıb.
Məlumat üçün bildirək ki, “Ermənistan” seçki blokuna Robert Köçəryan, “Mülki Müqavilə” blokuna Nikol Paşinyan, “Mənim şərəfim var” blokuna faktiki Serj Sərkisyan, Çiçəklənən Ermənistan Partiyasına Çarukyan liderlik edir.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA